Vəzifəsini tərk edən Pentaqon rəhbəri Eşton Karter hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin ABŞ-ın dünya siyasətinə təsirini zəiflətmək istəyi rəsmi Vaşinqton və Moskvanın birgə maraqlarına ziddir.
Yeniçağ.Az-ın Oxu.Az-a istinadən məlumatına görə, o bu barədə cümə günü, yanvarın 6-da, “The Wall Street Journal” nəşrinə müsahibəsində deyib.
Karterin sözlərinə görə, Putin öz siyasətinin uğurluğunu digər ölkələrə yaradılan “narahatlıq dərəcəsi” ilə müəyyən edir.
“Məhz bu, körpü tikintisini çətin məsələyə çevirir” – o əlavə edib.
Pentaqon rəhbəri qeyd edib ki, Rusiyanın Suriyadakı hərbi kampaniyası İŞİD-ə yox, mülayim müxalifət qüvvələrinə qarşı yönəlib.
Yeniçağ.Az