Kartofdan diş çıxdı

McDonalds-French-FriesdrgbhYaponiyada “McDonalds” restoranlarından birində müştəri yemək yeyən zaman fri katrofunun içindən insan dişi çıxıb.

Bu haqda məlumatı “The Mainichi” nəşri yayıb.

Məlumatda deyilir ki, hadisə Osaka prefekturasının Kavatinaqano şəhərində baş verib.

Hadisənin ötən ilin avqust ayında qeydə alınmasına baxmayaraq onun mediaya indi sızdırılmasının səbəbi açıqlanmır.