“Kaş onun yerinə mən ölərdim”- Ece Erken

Gecə saatlarında restoranların birində silahlı hücum nəticəsində həyatını itirən türkiyəli aparıcı Ece Erkenin həyat yoldaşı, “Beşiktaş” klubunun sabiq rəsmisi, vəkil Şafak Mahmutyazıcıoğlunun cənazəsi Rize şəhərinin Fındıklı kəndinə gətirilib.

Yenicag.az türk  mətbuatına istinadən verir ki, hadisədən sonra özünə gələ bilməyən Ece də dəfnə qatılanlar arasında olub.

“Onu çox sevirdim, buna necə dözəcəyəm? Çox tez getdi. Kaş onun yerinə mən ölərdim” – deyə, aktrisa göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Şafak Yeşilköydə restoranlardan birindən çıxarkən gecə Türkiyə saatı ilə 00:30 radələrində adı açıqlanmayan şəxs və ya şəxslər tərəfindən güllələnib.