Kassir qadını bıçaqla hələdədi, pulları apardı – Bakıda

Paytaxtın Yasamal rayonunda marketlər şəbəkəsinin kassirini bıçaqla hədələyib pul alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, aprelin 1-də saat 9 radələrində Yasamal rayonu ərazisindəki marketlərin birinə gəlmiş naməlum şəxs orada satıcı işləyən qadını bıçaqla hədələyərək kassadakı 205 manatı aparıb.

28-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini olan 12 yaşlı yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.