!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Katalikosun gizli qızı, uşaqbaz yepiskop - Erməni kilsəsinin DƏHŞƏTLİ SİRLƏRİ - FOTOLAR-VİDEO

!Reklam – Yazi

Siyasət elmləri üzrə fəlsəfə doktoru, politoloq Fuad Hilalovun Moderator.az-a müsahibəsini təqdim edirik. Fuad Hilalovla bu dəfə Türkiyədə yayınlanmış “Derin Ermenistan və Diasporanın Deşifresi” kitabı ətrafında həmmsöhbət olduq.

– Fuad bəy, kitabınızda fəsillərdən birini erməni kilsəsinə, kilsə daxilində baş verən intriqalara, qalmaqallara həsr etmisiniz. Erməni kilsəsinə bu qədər yer ayırmağınızın səbəbi nədir?

– Bilirsiz, erməni kilsəsi erməni xalqının tarixində və taleyində müstəsna bir rola malikdir. Birincisi ona görə ki, erməni Apoltol Kilsəsi və ya bizdə daha çox erməni Qriqoriyan Kilsəsi adlandırılan kilsə milli bir kilsədir. Yəni bu kilsəsinin mənsubları ancaq ermənilər ola bilər. Bu gün dünyada umümi sayları 11 milyonu keçməyən ermənilərin (Ermənistanda yalnız 2 milyona yaxın erməni yaşayır) hardasa 70-75%-i dini cəhətdən Apostol Kilsəsinə bağlıdır. İkincisi, uzun əsrlər boyu ermənilərin müstəqil dövlətləri olmadığından xalqı öz ətrafında birləşdirə bilən yeganə qurum erməni kilsəsi idi. Yəni bu gün başqa-başqa dövlətlər içində yaşayan ermənilər millət olaraq əriyib yox olmamalarına görə hər şeydən əvvəl öz milli kilsələrinə borcludurlar. Eyni zamanda qeyd etmək lazımdır ki, kilsə dünyanın dörd bir tərəfinə səpələnmiş ermənilər arasında əlaqələndirici funskiyaya malikdir. Üçüncüsü, erməni milli məfkürəsi və milli şüurunun, daha sonra elə ermənilərinin özlərinin başlarına min bir müsibət açacaq avanturist fikirlərin yayılması birbaşa erməni kilsəsi ilə bağlıdır. Yəni ermənilərdə hakim olan ultra millətçilik və faşizmin əsası elə kilsədə qoyulub.

– Burdan belə bir nəticəyə gəlmək olarmı ki, erməni kilsəsi erməni xalqının taleyində müsbət rol oynamaqla yanaşı daha çox mənfi rol da oynayıb?

– Bəli, tamamilə doğrudur. Xüsusilə də Osmanlı imperiyası ərazilərində yerləşən erməni kilsəsi Osmanlının düşmənlərinin təhriki və şirnikləşdirici təklifləri ilə onların Osmanlıya qarşı strategiyalarında əsas alət rolunu oynayıb. Osmanlı dövlətinin düşmənləri olan İngiltərə, Fransa və Çar Rusiyası kilsəyə daha çox sərvət, müstəqillik kimi böyük vədlər verirdilər. Yəni məsələnin kökünə baxanda əslində erməni kilsəsinin bütün bu avantyuralara qoşulma səbəbi olaraq daha çox sərvət və hakimiyyət hərisliyini görə bilərik. Zəifə xəyanət edərək güclünün yanında yer almaq əsirlər boyu onların adəti olub. 1071-ci ildə Səlcuqlar Bizans imperiyasına qarşı qələbə qazananda erməni kilsəsi xristian Bizansa xəyanət edərək müsəlman türklərin tərəfinə keçmişdilər. 19-cu əsrin sonlarında isə zəifləyən Osmanlının düşmənlərinin tərəfini, Birinci dünya müharibəsindən sonra, Çar Rusiyasının dağıldığı vaxt Rusiyanın düşmələrinin, Qorbaçov dövründə isə dağılmağa başlayan SSRİ-yə qarşı Qərb dövlətlərinin tərəfini saxladılar.

– Bəs bu gün necə, kilsənin Ermənistanın ictimai siyasi hayatındakı rolu güclüdürmü?

– Şübhəsiz çox güclüdür. Bununla əlaqədar sizə bir neçə maraqlı faktı deyim. Keçən ilin 21 sentyabrında İrəvanda Ermənistan respublikasının 25 illiyinə həsr olunmuş hərbi parad keçirildi və bu tədbirdə gözlənilməz bir mənzərə yaşandı. Parad zamanı tribunada Ermənistan dövlət rəhbərliyi ilə yanaşı Apostol Kilsəsinin katolikosu II Qaregin və Apostol Kilsəsi Kilikiya evinin patriarxı I Aram da dayanmışdı. Yəni hərbi paradı ruhani liderlər də qəbul edirdilər.

Halbuki Ermənistan konstitusiyasına görə, ölkədə din dövlətdən ayrıdır, yəni Ermənistan sekulyar dövlətdir. Buna baxmayaraq yuxarıda göstərilən fakt hazırkı Ermənistanda kilsəsinin hansı əhəmiyyətə malik olduğunu göstərir. İstər Ermənistanda, istərsə də diaspora daxilində elə bir dövlət əhəmiyyətli ictimai, siyasi tədbir yoxdu ki, orda ruhanilər başda oturmasın. Ölkənin siyasi həyatında da kilsə aktiv iştirak edir, mütəmadi olaraq siyasi xarakterli bəyanatlar verir. Onu da deyim ki, kilsə siyasi ağırlığı ilə yanaşı həm də böyük iqtisadi resusrlara malik çox zəngin bir təşkilatdır. Milyardalara sahib erməni kilsəsi sərvəti ilə bəlkə də ancaq Vatikanla müqayisə oluna bilər.
Təbii ki, bu qədər siyasi-iqtisadi gücə malik bir qurumun daxilində sirlər, üstü örtülməyə çalışılan qalmaqallar və intriqalar aşıb-daşır. Hazırda bütün erməilərin Katolikosu olan II Qareginin 1999-cu ildə bu vəziyəfə çox ziddiyətli və şüphəli tərzdə seçilməsindən sonra kilsə siyasi-iqtisadi və inzibati resurları əldə etməyə daha çox can atmağa başladı. Eyni zamanda dediyimiz sirlər və gizlinlər də çoxaldı.

– Maraqlıdır, II Qareginin katalikos seçilməsi vaxtı yaşanan qalmaqallar və sirlər nə idi?

– II Qareginin seçilməsindən sonrakı dövr və xüsusilə seçildiyi günə baxdıqda çox maraqlı bir fakt ortaya çıxır. II Qaregin 1999-cu ilin oktyabr ayının 27-si dünyanın fərqli ölkələrindən Eçmiyəzdinə toplaşan Ali Dini Şura tərəfindən Katolikos seçildi. Həmin gün müasir Ermənistan tarixində başqa bir mühüm hadisə baş verdi. Ermənistan parlamentinin binasında Daşnaksütyun partiyasının keçmiş üzvləri tərəfindən terrör hücümü təşkil edildi. Parlamentin spikeri, ölkənin baş naziri və bir neçə deputat güllələnərək öldürüldü. Parlamentdə gülləbaran getdiyi vaxtda II Qaregin yeni Katolikos kimi ilk çıxışını edirdi. Bu nə dərəcədə təsadüfü bir hadisə idi? Amma bu iki hadisəinin eyni anda baş verdiyi 27 oktyabr gününü daha yaxşı anlaya bilmək üçün II Qareginin Katolikos seçilməsinə qədər olan həyatına və tərcüməyi halında bir neçə maraqlı və qaranlıq faktı da yada salmaq lazımdır.

Əsil adı Ktriç Qriqorieviç Nersisyan olan II Qaregin 1951-ci ildə o vaxtkı Ermənistan SSRİ-nin Eçmiyəzdin rayonunda anadan olub. 1965-ci ildə ruhani təhsili almağa başlayıb. Daha sonra 1971-ci ildə təhsilini bitirərək seminariyada dərs deməyə başlayıb. Bir il sonra yaşlı nəslin yaxşı tanıdığı bədnam Katolikos I Vazgenin sərəncəmı ilə Ktriç Nersisyan Qərbi Almaniyaya təhsil almağa gedir. Və burda çox maraqlı fakt bundan ibarətdir ki, o dövrdə xaricdə təhsil almağa gedən bir çox SSRİ vətəndaşı və istisnasız olaraq ruhanilər KQB-nin nəzarəti altında idilər. Müəyyən erməni mənbələri artıq o zaman gələcək Katolikos Ktriç Nersisyanın KQB tərəfindən “verbovka” edilərək göndərildiyini deyir. Məsələn, keçən il erməni tarixçi Gevorg Yazıçıyan sensasiyalı bəyanatla çıxış edərək əlində Katolikosun SSRİ dövründə KQB ilə əməkdaşlıq etməsi haqqında sənədlərin və faktların olmasını bildirdi. http://newsbook.am/ web səhifəsi bu bəyanatı şərh edərək Kilsə tərəfindən buna dair hər hansı bir təkzibin gəlmədiyini yazırdı.

1975-ci ildə gələcək Katolikos Avstriyaya köçür və orada da onun daha sonrakı həyatını təyin edəcək bir hadisə baş verir. Məsələ ondadır ki, erməni kilsəsinin qanunlarına görə, ruhaniliyə başlayan hər kəs özünü dini həyata həsr edir, bu dünya nemətlərindən uzaq durmağa çalışır və ömrü boyu heç kimlə intim əlaqəyə girməmə, yəni “bəkarət andı” içir. Amma bütün bu qaydalar gənc Qareginin qarşısını almır və 70-ci illərin sonunda o, Almaniyada tanış olduğu 1933-cü il təvəllüdlü Luiz Manukyanla münasibət qurur.

– Özündən 18 yaş böyük qadınla?

– Bəli, dediyim kimi nə kilsə qanunları, nə də aradakı yaş fərqi Qaregin üçün maneə deyildi. Əsas məsələ o idi ki, erməni əsilli amerikalı Luiz milyarder Aleks Manukyanın qızıydı və nəhəng mirasa sahib idi.

Aleks Manukyan isə ermənilərin dünyadakı ən güclü xeyriyyə təşkilatı olan Ümumdünya erməni xeyriyyə fondunun beşinci prezidenti idi. Həyatının sonlarına doğru isə o, Ermənistanın milli qəhrəmanı rütbəsini də aldı. Qayıdaq 70-ci illərin sonuna, Luiz Manukyan o dövrdə Amerika və Avropada xeyriyyəçiliklə məşğul olurdu. Qareginlə bir neçə illik münasibətdən sonra 1981-ci ildə gənc erməni keşişi və milyarder qızının nigahdan kənar bir qızları dünyaya gəldi. Gənc Qaregin qızına öz anasının adını verir, Xatun. Daha sonra bu münasibət Qareginə küllü miqdarda sərvət gətirdi. Luiz Manukyan isə Arman Simon adlı bir şəxslə ailə quraraq New- Yorka Manhettenə köçdü. Onun daha sonra David və Mark adlı iki oğlu, Kristina adlı bir qızı oldu. Amma Qareginlə Luizin münasibətləri bununla bitmədi. Bu cütlüyü indi daha çox işgüzar əlaqələr bağlayır. Ermənistandakı Nor Zovk” supermarketlər şəbəkəsi, “İzmirliyan” tibb mərkəzi onların adı ilə bağlıdır. Yeri gəlmişkən, uzun illər Ermənistan səhiyyə naziri işləmiş, hazırda isə İrəvan dövlət tibb universitetinin rektoru olan Armen Muradyan indiki səhiyyə naziri Levon Altunyan Qaregin -Luiz cütlüyünün adamlarıdır. Muradyan və başqa siyasətçilər sayəsində onlar Ermənistandakı səhiyyə sahəsinə nəzarət edirlər. Əgər xatırlasaq ki, diasporadan gələn humanitar yardımların bir çoxu səhiyyənin payına düşür, onda cütlüyün gəlirləri haqqında təsəvvürümüz yaranar. Onu da xatırlatmaq yerinə düşər ki, 26 noyabr 2012-ci il tarixində artıq bütün erməliərin Katolikosu olan II Qareginin əmri ilə Luiz Manukyana “Müqəddəs Eçmiyazdin Cəngavəri” ordeni verildi.

– Əvvəldə dedininz ki, Qareginin bütün ermənilərin katolikosu seçilməsi kifayət qədər maraqlı şəraitdə baş verib…

– Bəli. İnanın ki, bu, Ermənistanın müasir tarixindəki ən dəhşətli sirrlərdən biridir. II Qaregindən əvvəlki Katolikos I Qaregin dünyasını dəyişdikdən sonra yeni katolikos seçkliəri 1999-cu il 27 oktaybr tarixinə təyin olunmuşdu. Əsas namizəd II Qaregin olsa da erməni kilsəsi ali dini şurasının bir çox nüfüzlu üzvü onun qaranlıq keçmişinə görə Katolikos seçilməyinə qarşı idilər. Onları yola gətirməyin ən məqbul yolu isə rüşvət təklif edərək “səslərini almaq” idi. II Qareginin “qayınatası” Aleks Manukyan isə 3 il əvvəl ölmüşdü və bütün var-dövləti övladlarına qalmışdı. Sevgilisi Luiz Manukyan və “qayınları” İrəvanda yenidən inşa edilən “Müqəddəs Qriqoriy” kilsəsinə “xərclənməsi” üçün 5 milyon dollar humanitar yardım göndərmişdilər. Bu pulu isə öz növbəsində o dövrdə Ermənistanın baş naziri və ən nüfüzlü şəxsi, Qarabağda Azərbaycan ordusuna qarşı vuruşan erməni dəstələrinə başçılıq etmiş Vazgen Sarkisyanı ələ keçirmişdi.
Sarkisyanın prezidentlik iddiaları var idi və o vaxt hakimiyyətdə təmsil edilən Robert Koçaryan -Serj Sarkisyan cütlüyünə qarşı düşmən münasibət bəsləyirdi. II Qaregin Vazgen Sarkisyanı dilə tutaraq ondan bir müddət üçün 3 milyon dollar alır və özündən də bir xeyli pul əlavə edərək Ali Şuradakı yüksək rütbəli ruhanilərə paylayaraq Katolikos seçilir. Səsvermə qurtaran kimi Katolikos qismində and içdiyi zaman Ermənistan parlamentinin zalına əli silahlı terroristlər daxil olaraq ilk əvvəl baş nazir Vazgen Sarkisyanı, məclisin spikeri Karen Dəmirçiyanı və daha 7 deputatı qətlə yetirirlər. Andiçmə vaxtı keşişlərdən biri II Qareginə bu xəbəri bildirir. (Həmin məqamı əks etdirən videoya (7:50 dəqiqədə) yazının sonunda baxa bilərsiniz. red.)

– Belə çıxır ki, parlament qətlinin arxasında II Qaregin durur?

– Ən azından II Qareginin fikrincə, Vazgen Sarkisyan onun üçün göndərilmiş 5 milyon dolları ona “atmışdı”. Unutmayaq ki, Vazgen Sarkisyan II Qaregindən başqa Robert Koçaryan-Serj Sarkisyan cütlüyünə də mane olurdu. Yəni bu qətl nəticəsində bir neçə qüvvənin vacib probləmləri “həll edildi”.

– Bunlar doğrudan da dəhşətli və ağır ittihamlardır. İstinad edəcəyiniz mənbələr varmı?

– Hər şeydən əvvəl bunu öz açıqlamasında Amerikada yayınlanan “The Armenian Media Group of America” (AMGA TV) adlı televiziya kanalının rəhbəri Ara Manukyan özünün “The Truth Must Be Told” (Həqiqətlər deyilməlidir) adlı verilişində açıqlamışdı. Ara Manukyan 1999-cu ildə Qudsün erməni patriarxı və Ali Şuranın üzvü olan Avetis Manukyanın (II Torqom) qardaşı oğludur. Ara Manukyan seçkilərdən sonra öz əmisi ilə görüşdüyündə II Torqom Eçmiyəzdində baş verən bütün bu hadisələrin təfərüatlarını qardaşı oğluna danışmışdı. Manukyanın açıqlamalarına görə, əmisi II Qareginə bütün bu gizli işlərdən xəbərdar olduğunu və bunu açıqlayacağını deyəndə, II Qaregin sakit şəkildə ona hər şeyin artıq geridə qaldığını bütün bunları açıqlasa sonunun yaxşı olmayacağını bilrdimişdi. Bundan əlavə, eyni məlumatlar 13 avqust 2013-cü il tarixində http://www.keghart.com/ Editorial-Catholicos adresindəki web səhifədən erməni diasporasının məşhur hüqüq müdafiəçiləri olan V.Mexitaryan, M. Kocayan, D.Abrahamyanın imzaladıqları müraciətdə öz əksini tapır.

Qeyd edim ki, mən tədqiqatlarımda məhz erməni mənbələri ilə işləməyə üstünlük verirəm ki, sabah heç kimi məni qeyri-obyektivlikdə günahlandıra bilməsin. Və sizi inandırıram ki, bunlar hələ necə deyərlər jurnaldır…

– II Qareginin qızı Xatunun aqibəti necə olub, həmin qız haqqında başqa məlumatlar varmı?

– II Qareginin qızının olması haqqında ilk dəfə xəbərlər 2012-ci ildə bəzi yüksək səviyyəli erməni ruhanilərinin Katolikosun istefaya göndərilməsi tələbləri ilə populyarlıq qazandı. Çünkü daha əvvəl dediyimiz kimi erməni kilsəsi qanunlarına görə, bir ruhaninin cinsi əlaqəyə girməsi qəti qadağandır, o ki qaldı bu baş ruhani ola, üstəlik də bu əlaqədən uşaqları ola. Amma daha sonra ruhanilərin II Qaregini istefaya göndərmək cəhdləri uğursuzluqla nəticələndi.

Ermənistan KİV-lərində yayılan məlumatlara görə, Katolikosun qızı Xatun Qriqoryants tibb elmləri namizədidir, “Müqəddəs Tanrı anası” klinikasında ginekoloq işləyir. Habelə Ermənistanda nəşr olunan “Qraparak” qəzəti onun İrəvandakı “Curatio” adlı aptekin sahibi olduğunu yazır.

Bundan əlavə Xatun son dövlərdə ictimai-siyasi həyata da qoşulur. Ermənistanın dövlət quruluşunun dəyişməsini nəzərdə tutan referenduma hazırlıq mərhələsinın qızğın iştirakçılarından biridir. Eyni zamanda Xatunun sosyal şəbəkədə öz səhifəsi də var və onun bu səhifədəki paylaşımlarını, şərhlərini araşdıran mütəxəsislər ermənilərin baş Katolikosunun nigahdankənar qızının xristian yox, satanist yəni şeytana sitayiş edən olması qənaətinə gəliblər.

Onu da deyim ki, Katolikosun doğma qardaşının etdiklərinin yanında bu heçnədir. II Qareginin kiçik qardaşı, arxiyepiskop Ezras Nersisyan Apostol Kilsəsinin Rusiya yeparxiyasının rəhbəridir. Qeyd edək ki, hazırda Rusiya Federasiyasında yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan çox olduğundan, habelə orada yaşayan imkanlı ermənilərdən toplanan qeyri-rəsmi vergi və ianələrin miqdarı milyonlarla ölçüldüyündən II Qaregin belə bir “yağlı” yeri öz qardaşından başqa heç kimə həvalə edə bilməyib. İstər arxiyepiskop Ezras Nersisyanın, istər onun böyük qardaşı Katolikos II Qareginin, istərsə də digər yüksək çinli erməni ruhanilərin maliyyə fırıldaqları haqqında daha sonra ətraflı danışarıq. Ancaq indi bu adamların şəxsi keyfiyyətlərindən, daha doğrusu, keyfiyyətsizliklərindən danışırqsa, icazə verin sizə daha dəhşətli bir fakt deyim. Məsələ ondadır ki, Apostol Kilsəsinin Rusiya yeparxiyasının rəhbəri II Qareginin kiçin qardaşı arxiyepiskop Ezras Nersisyan uşaqbaz və homoseksualistdir.

– Doğrudan da dəhşətli faktdır…

– Bəli. Yenə də Ermənistan mətbuatına istinadən bunu deyə bilərik. Erməni mətbuatı hazırda Fransada yaşayan siyasi mühacir Artsruni Avetisyanın yaydığı xəbəri qızğın müzakirə etməyə başladı. Xəbərin məzmunu belə idi:
“80-ci illərdə Argentinada avtomobil qəzası nəticəsində erməni mənşəli Mikael (Marçello) adlı bir uşaq valideynlərini itirdi. Yerli eparxiyanın rəhbəri, arxiyepiskop Qrioqoris Bunyatyan onu yiyəsiz qalmaması və Eçmiyəzdin ruhani məktəbində təhsil alması üçün Ermənistana göndərir. O dövrdə seminariyanın tələbəsi, hazırda isə Rusiya erməni yeparxiyasının rəhbəri və Katolikos II Qareginin kiçik qardaşı lənətə gələsi yepiskop Ezras uşağın yiyəsiz qalmasından və acizliyindən istifadə edərək onu dəfələrlə zorlayır. İş o yerə çatır ki, o, Eçmiyazdinin narkomanlarından pul alaraq onları Mikaellə görüşdürür. O vaxtlar adı Mkrtıç olan və daha sonra “hərşeya qadir” Katolikos qardaşının yepiskop etdiyi Qriqor oğlunun əsl mənfur siması budur. Bu, murdar ailənin fahişələrindən birinin bu gün də davam edən macəralarından biridir. Bu barədə fahişə katolikos Qareginin yaxşı xəbəri var. Düşünməyə dəyər…” Artsuruni Avetisyan 8 oktyabr, 9:45

Bəzi erməni qəzetləri bu məsələni araşdıraraq buna bənzər hadisələrin daha sonra da davam etdiyi, əslində bu biabırçılığın miqyasının daha da böyük olduğunu ortaya çıxardı. Eçmiyazdində yerləşən Gevorkyan ruhani seminariyasının tələbələrinin seksual təcavüzlərə məruz qaldığını televiziya ekranında Ani Qriqoryan dilə gətirdi. Bu halların tuğyan etməsi və bu işlərlə bağlı əlaqələri olduğu deyilən Katolikos II Qaregin tərəfindən himayə edilməsi artıq bilinən bir faktdır. Sadəcə biz indi məhz II Qaregin və onun ailə üzvlərindən danışdığımıza görə söhbətimizi çox da dağıtmaq istəmirəm. Çünkü qalmaqallar yalnız II Qareginin qızı və qardaşları ilə bitmir. Bir neçə il əvvəl İrəvanın mərkəzində yol hərəkət qaydalarını pozan bir sürücünü polis saxladığı zaman sürücü polisə hücüm etmiş, onu təhqir edərək Katolikosun kürəkəni (!) olduğunu bildirmişdi. Və ya başqa bir fakt: Keçən ilin dekabr ayında Ermənistanın Armavir ümumi məhkəməsindəki proses vaxtı 34 yaşlı prokuror Koryun Nersisyan vəkil Gevorg Melikyanı təhqir etmiş, mikrofonu ona tullayaraq ona hücüm etmişdi. Daha sonra isə məsələni aydınlaşdırmaq üçün onu bayıra çıxmağa məcbur edərək hədə qorxu gəlmişdi. Məsələnin maraqlı tərəfi odur ki, prokuror Koryun Nersisyan Katolikos II Qareginin doğma qardaşı oğludur. Demək istədiyim odur ki Katolikosun həm özü, həm qohum əqrəbası, həm də yaxın ətrafı özlərini bütün qanunların fövqündə tutur və istədikləri hərəkətləri edirlər.

 

https://youtu.be/rIoRgVJyiXA
Yenicag.az

www.yenicag.az

978
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv