!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Kataloniya nümunəsi Avropada separatizmi gücləndirəcək" - Politoloq

!Reklam – Yazi

İspaniyanın Katoloniya əyalətində keçirilən referendumun ilkin nəticələrinə görə, müstəqillik tərəfdarları böyük səs çoxluğu ilə irəlidədirlər. Beləliklə, artıq görürük ki, separatizm meyilləri sakit və stabil Avropanı da öz ağuşuna almağa başlayıb.

Görəsən, Kataloniyanın bu addımına Qərbin, Avropa İttifaqının cavabı nə olacaq? Onlar bu hərəkata dəstək olacaqlar, yoxsa İspaniyanın ərazi bütövlüyünə sadiq qalacaqlar?

Politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında bildirdi ki, Avropa ölkələri katalonların müstəqillik paradına dəstək verməyəcəklər:

“Kataloniya onsuz da İspaniya daxilində lazımi hüquq və azadlıqlara sahibdirlər. Yüksək idarəetmə hüququna malikdirlər. Öz büdcələrini özləri formalaşdırıb, özləri də xərcləyir. İnsan haqları və azadlıqlar sahəsində Avropada olan bütün dəyərlər özünü Kataloniyada da göstərir. Düzdür, onların birdən-birə müstəqillik eşqinə düşməsi İspaniya dövlətini qarışdıra bilər.

Qabil Hüseynli

Ona görə də düşünmürəm ki, Avropa və ABŞ prosesə dəstək verərək, Kataloniyanın müstəqilliyini tanısınlar.

Separatizm hansı formada olursa-olsun onu dəstəkləməyə ehtiyac yoxdur. Bəzi ölkələrin Azərbaycandakı separatizm hərəkətlərinə münasibətdə ikili standartlardan çıxış etdiyini görürük. Azərbaycanda separatizm hallarına son qoymaq üçün qanuna müvafiq addımlar atılanda belə hay-küy qaldırırlar. Amma Kataloniyada İspaniya polisi həddən artıq güc tətbiq edib, 700-dən çox adam yaralanıb. Lakin Qərbdə baş verənlərə hələ də bir reaksiya yoxdur. Kataloniyadakı hadisə Avropanın digər ölkələrində də separatizmi gücləndirə bilər. Məhz ona görə də Qərb Kataloniyadakı referendumu dəstəkləyən addımlar atmayacaq”.

ELÇİN

www.yenicag.az

2192
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv