İspaniya hökuməti Kataloniya muxtariyyətinə yeni rəhbər təyin edib.
Yenicag.az-ın məlumata görə, Kataloniya muxtariyyətinin yeni rəhbəri İspaniyanın vitse-prezidenti Sorayya Santos de Santamariya olacaq.
Xatırladaq ki, oktyabrın 27-də Kataloniya parlamenti regionun müstəqilliyini elan edib. Bu qərardan 1 saat sonra İspaniya Senatı ölkə Konstitusiyasının 155-ci maddəsi əsasında Kataloniyada birbaşa idarəçiliyin tətbiqi barədə qərar qəbul edib. İspaniyanın baş naziri Mariano Raxoy Kataloniya parlamenti və hökumətinin buraxılmasını elan etdi.