Kataloniyanın muxtar vilayət statusu ləğv edilib.
Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, İspaniya Senatında keçirilən səsvermədə belə bir qərar qəbul edilib.
Kataloniya Muxtar Vilayətinin bütün səlahiyyətləri İspaniya mərkəzi hökumətinə verilib.
Bununla da Kataloniya hökumətinin rəhbəri Karles Puçdemonun vəzifəsinə son qoyulub.
İspaniyanın baş naziri Mariano Rahoy “Twitter” sosial şəbəkəsindəki səhifəsində xalqı səbirli olmağa çağırıb.O, Kataloniyada qanunçuluğun bərpa ediləcəyini bildirib.