ABŞ prezidenti Donald Trampın Ali Məhkəmə hakimliyinə namizəd göstərdiyi Brett Kavanonun az fərqlə namizədliyi qəbul olunub.
Yenicag.az xəbər verir ki, bir neçə həftədir davam edən müzakirələrin sonunda onun namizədliyi təsdiqlənib.
Qeyd edək ki, Kavanon cinsi təcavüz və həddindən artıq spirtli içki aludəçisi olmaqla ittiham olunaraq Ali Məhkəməyə seçilməməsi ilə bağlı geniş müzakirələrə səbəb olmuşdu.
ABŞ Senatının səsverməsində, 50 senator Kavanona səs verərkən, 48 nəfər yox cavabı səsləndirib.