Kaxa Kaladze Azərbaycana gəlib

скачанные файлыGürcüstan baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze Azərbaycana səfər edib.

Energetika Nazirliyindən bildiriblər ki, K. Kaladze səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşəcək.

Görüşdə cari məsələlər və perspektiv əməkdaşlıq münasibətləri müzakirə olunacaq.