!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kaxa Kaladze Bakıya gəlir

!Reklam – Yazi

130586_res_01Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladzenin Bakıya fevralın 29-da planlaşdırılan səfəri çərçivəsində iki ölkə qaz idxalı ilə bağlı əməkdaşlığın yeni prinsiplərinə dair razılığa gələ bilər.

Virtualaz.org “Qruziya Online” saytına istinadən xəbərə verir ki, bunu Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili bildirib.

Nazir müavini qeyd edib ki, K.Kaladze Bakıda Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclasında iştirak edəcək.

Onun sözlərinə görə, Azərbaycanla müqavilənin müəyyən şərtlərinin yenidən nəzərdən keçirilməsi üçün işlər aparılır: “Bura qiymət, qiymət siyasəti, nəqlin həcmi, eyni zamanda texniki detallar daxildir. İşçi qrupları optimallaşdırma ilə bağlı iş aparır və artıq müəyyən nəticələr var. Ümid edirik ki, energetika nazirinin Bakıya səfəri çərçivəsində tərəflər gələcəkdə işlərin hansı iqsiqamətdə davam etdirilməsi prinsipləri üzrə razılığa gəlinəcək”.

M.Valişvili həmçinin qeyd edib ki, Ermənistana nəql olunan Rusiya qazının Gürcüstan ərazisindən tranzitinə görə ödənişin forması ilə bağlı “Qazprom” şirkəti ilə danışıqlar yekun nəticə əldə olunana qədər davam edəcək: “Biz dünya təcrübəsində də olan pulla kompensasiyaya qarşı deyilik. Amma bu, onun hansı məbləğdə olmasından asılıdır”.

www.yenicag.az

636
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv