Türkiyənin Kayseri şəhərindəki Ərciyəz universitetinin qarşısında partlayış törədən terrorçunun kimliyi bəlli olub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, partlayışı “Çektar” ləqəbli PKK-çının törətdiyi bildirilib.
Bundan əlavə, “Botan” ləqəbindən də istifadə etdiyi vurğulanıb.
Terrorçunun üzərindən saxta sənəd çıxsa da, onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olub.
https://www.youtube.com/watch?v=0xNSyGXPutA
Qeyd edək ki, Kayseridə törədilən partlayış nəticəsində 14 nəfər ölüb. Terrorçu-kamikadzenin idarə etdiyi avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırparaq, partlayıcı qurğunu işə salıb.
Xəstəxanalara 50-dən çox yaralı yerləşdirilib, onlardan 12-si reanimasiyadadır. Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalmaqdadır.
Yenicag.az