!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kazan toplantısı barədə PROQNOZ: “BRİCS Avropa İttifaqını geridə qoyacaq”

!Reklam – Yazi

“BRİCS Avropa İttifaqını geridə qoyacaq”.

Bu sözləri BRİCS-in Kazan toplantısı və ondan çıxan nəticələri Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə bildirib ki, BRİCS gözlənilənin əksinə böyük gücə çevrilir.

“BRİCS iqtisadi bir təşkilatdır. Bir çox ölkələr artıq bu təşkilata qoşulmaq üçün növbəyə durub. Hətta NATO ölkəsi olan Türkiyə belə BRİCS-ə üzv olmaq istəyir. Bundan əlavə, Qoşulmama Hərəkatının üzvləri də bu təşkilata üzv olmaq üçün müraciətlər edir. Onların sayı yaxın gələcəkdə daha da artacaq”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, BRİCS toplantısı zamanı Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü, müzakirələr aparması dünya mediasının diqqətini çəkdi.

“İqtisadi olmaqla yanaşı, bu təşkilat siyasi anlamda da işlər görə bilər.

Ən çox diqqət çəkən məsələ isə BMT baş katibinin BRİCS toplantısına qatılması oldu. Onun qatılması təşkilatın əhəmiyyətini bir qədər də artırdı. Görünən odur ki, BRİCS Avropa İttifaqını kölgədə qoyacaq. Bundan əlavə, Türkiyə Prezidentinin də təşkilatın toplantısına qatılması dünya mediasında müzakirə mövzusuna çevrildi. Hesab edirəm ki, Azərbaycan bu cür platformalarda iştirak etməlidir. BRİCS yaxşı meydandır, oradan böyük mənfəətlər əldə etmək olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

240
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv