Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində orta məktəbdə atışma törədən şəxs həbs edilib.
Yenicag.az TASS-a istinadən xəbər verir ki, Kazan Məhkəməsi məktəbə hücumda təqsirləndirilən İlnaz Qalyaviyevin 2 ay müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. Müttəhim məhkəmə prosesində təqsirini tamamilə etiraf edib.
“Ona qarşı ittiham irəli sürülüb, cinayəti törətməkdə təqsirini tamamilə etiraf edib”, – deyə prokuror bildirib.
Xatırladaq ki, hücum zamanı 11 nəfər həlak olub, daha 23 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Cinayətkarı azadlıqdan ömürlük məhrumetmə cəzası gözləyir.