!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Kazanı əllərindən alıb, Tatarıstanı ləğv etməliyik” – Moskvadan şovinist çağırış

!Reklam – Yazi

Rusiyanın baş nazirinin keçmiş müavini ölkədə ərazi islahatı aparılmasının vacibliyini deyib.

Yenicag.ru-nun məlumatına görə, Rusiyanın baş nazirin keçmiş müavini Aleksey Kudrin ərazi islahatı çərçivəsində Tatarıstanın paytaxtı Kazanın ölkənin tərkibindən çıxarılaraq, muxtar respublikanın ləğv olunmasını və ərazinin digər muxtar vilayətlər arasında bölüşdürülməsini təklif edib (“Qolos İslama”).

Qeyd olunur ki, Kudrin bu təklifini “bəzi inzibati sərhədlərin götürülməsinin” vacibliyi aspektindən əsaslandırıb. Baş nazirin keçmiş müavini bildirib ki, artıq Rusiyanın bir-birinin yaxınlığında yerləşən böyük şəhərlərinin heç bir muxtar ərazi vahidinə daxil omayan vahid aqlomerasiyada birləşmələrinə ehtiyac var.

Kudrinin sözlərinə görə, ilk aqlomerasiyada Kazan, Samara və Ulyanovsk şəhərləri birləşdirilə bilər:

“Uralda Yekaterinburq, Çelyabinsk və Perm, Sibirdə isə Novosibirsk, Tomk və Barnaul uyğun aqlomerasiyaları təşkil edə bilər”.

Rusiya baş nazirinin keçmiş müavini Aleksey Kudrinin bu təklifi proletariatın rəhbəri Leninin bu ifadələrini təkrar xatırladır: “İmperializm – inhisarçı kapitalizmin formasıdır”.

O baxımdan, Kudrinin təklif etdiyi islahat, maraqları sistem liberalları tərəfindən ifadə olunan Rusiya imperializminin dirçəlməsinə təkan verə bilər.

Əvvəla, Kudrinin düşüncəsinə görə, Rusiyadakı milli respublikaların ərazi və inzibati strukturlarının mövcudluğu vahid “Rusiya xalqı”nın “yaradılması” planının həyata keçməsinə mane olur.

İkincisi, Rusiyadakı iri kapitalı ölkənin zəngin təbii ehtiyatları və Kudrinin vurğuladığı böyük şəhərlər maraqlandırır. Həmin böyük şəhərlərin ətrafındakı “əyalət” adlanan ərazilərdə isə hər hansı perspektiv görünmədiyi üçün maraq doğurmur.

O baxımdan, özünün xalqçı və vətənpərvər demaqogiyasına baxmayaraq, başdan-ayağa parazitləşərək, müstəmləkəçi düşüncəyə yiyələnən Rusiya elitası üçün ölkədə irqi yox, sosial əlamətlərə əsaslanan aparteid rejimi qurmaq daha məntiqli olardı. Yəni böyük və inkişaf etməkdə olan şəhərlərin əhalisi “Ali irq”ə aid edilərək, “Ağ adamlar” kateqoriyasına salınacaq, “yerində sayan” əyalətlərdə yaşayanlara isə “zənci” və “yadelli” kimi yanaşılacaq.

Vurğulamaq lazımdır ki, Tatarıstan özünün yürütdüyü milli həmrəylik fəlsəfəsi əsasında respublikanın iri şəhərləri ilə yanaşı, əyalətlərin də orta inkişaf tempinin sabitliyini təmin edirdi. Ona görə də, Rusiyanın digər subyektlərindən Tatarıstana gələn adamlar oradakı müsbət fərqi görür və qiymətləndirirlər.

İndi isə Moskvadan edilən çağırışlarla bu müsbət fərqliliyi aradan qaldırmağa çağırış edilir. Başqa sözlə, Tatarıstanı parçalayaraq, “Ağ adamlar”ın yaşadığı “Moskva”ya qatmaq, əyalətlərini isə ballast kimi tullamağı planlaşdırırlar.

www.yenicag.az

2024
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv