İŞİD terrorçularının törətdiyi iddia edilən hücumda 3 İraq əsgəri ölüb, dördü yaralanıb.
Yenicag.az-ın məlumatına görə. Bu barədə “Əl-Ərəbiyyə” telekanalı ölkənin hərbi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Terrorçuların Vadi ən-Naft şəhərində hökumət qoşunlarının kazarmalarına hücumu səhər saatlarında baş verib. Məlumata görə, hücum avtomat silahdan istifadə edilməklə həyata keçirilib. Terrorçular ikisi zabit olmaqla 3 hərbçini öldürüb, 4 əsgəri yaralayıb.