Kəbədə güclü fırtına baş verdi

Səudiyyə Ərəbistanının Məkkə şəhərində şiddətli yağış və fırtına qeydə alınıb.

Yenicag.az xəbər verir ki, qeyri-sabit hava şəraitinə görə Kəbədə ibadət edən müsəlmanlar çətin anlar yaşayıb.

Namaz qılan müsəlmanların əksəriyyəti əlverişsiz hava şəraitinə baxmayaraq ibadətlərini davam etdiriblər.

Məkkə Mülki Müdafiə Qurumu qeyri-sabit hava şəraitinə ilə bağlı əhaliyə xəbərdarlıq edib.