Kəbədə referendum duası: “Ölkə üçün “Evet” deyirik, ya Rəbb” – Video

Ümrə ziyarəti üçün Məkkədə olan türkiyəli zəvvarlar Məkkədə Konstitusiya referendumu üçün dua ediblər.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Düzcə bölgəsindən olan zəvvarlar aprelin 2-də keçiriləcək referendumda güclü ölkə üçün “Evet” deməyə çağırıblar. Din xadimi Nezih Bakkaloğlunun rəhbərliyi ilə keçirilən ibadətdə zəvvarlar bu duaları ilə Allaha əl açıblar:

“Güclü bir ölkə üçün, güclü bir Türkiyə üçün, güclü bir İslam aləmi üçün “Evet” deyirik, ya Rəbb.
Kafirlərə, PKK-ya qarşı “Evet” deyirik, ya Rəbb. FETÖ-çulara qarşı “Evet” deyirik, ya Rəbb. Allahım, sənin yolunda olmağa “Evet” deyirik. Güclü bir ölkə üçün, güclü bir lider üçün “Evet” deyirik, Allahım”.

Videonu aşağıdakı linkdən izləyə bilərsiniz:

http://odatv.com/vid_video.php?id=8EC4H

 Yeniçağ.Az