Noyabr ayında Dövlət Miqrasiya Xidməti (DMX) 55 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.
Yenicag.az xəbər verir ki, onlar əsasən Almaniya, İsveç, Yunanıstan, Macarıstan, Çex və Fransadan geri qəbul edilmiş şəxslərdir. Proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində həyata keçirilib.
Bu ilin ötən dövrü ərzində (yanvar-noyabr) 383 nəfər Azərbaycana readmissiya olunub.