Keçən il korrupsiya cinayətləri ilə bağlı dövlətə dəymiş ziyanın məbləği açıqlandı

Ötən il Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində korrupsiya cinayətləri ilə bağlı dövlətə dəymiş ziyanın məbləği açıqlanıb.

Yenicag.az xəbər veriri ki, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib ki, həmin işlər üzrə dövlət mülkiyyətinə vurulan 54 269 min manat məbləğində maddi ziyandan ibtidai istintaq dövründə 6 227,2 min manat (11,5%), bələdiyyə mülkiyyətinə vurulan 386,9 min manat maddi ziyandan 15 min manat (3,9 %), xüsusi mülkiyyətə vurulan 55 791,6 min manat ziyandan isə 24 950 min (44,7 %) manatın ödənilməsi təmin edilib.

Bundan başqa, 2021-ci ildə icraatına xitam verilən cinayət işləri üzrə özgə əmlakına vurulan 8 093,8 min manat məbləğində maddi ziyan tam olaraq ödənilib, eyni zamanda həmin işlər üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən mövcud qanunvericiliyin tələbinə uyğun olaraq dövlət büdcəsinə əlavə olaraq 2 195,7 min manat məbləğində pul vəsaitinin ödənilməsi təmin olunub.

Beləliklə, 2021-ci il ərzində istintaqı başa çatdırılan cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulan 118 541,3 min manat maddi ziyandan 39 286,0 min manatının (33,2%) ödənilməsi təmin olunub, bundan əlavə dövlət büdcəsinə 2 195,7 min manat ödəniş edilib.

COP29