Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Keçid balları 50-70 bal aşağı düşəcək

2019-cu ildə ixtisaslar üzrə keçid balları I və IV qrupda azı 50-70 bal aşağı düşəcək.

Yenicag.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O, Dövlət İmtahan Mərkəzinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” vəsaitinə istinadən bu ilki imtahanların nəticələri haqqında statistikanı da paylaşıb:

O qeyd edib ki, I ixtisas qrupu üzrə 1 nəfər 690-700 arası bal toplayıb. 14 nəfər 680-690 arası bal, 29 nəfər 670-680 arası bal, 46 nəfər 660-670 arası bal, 53 nəfər 650-600 arası bal toplayıb.

Ümumilikdə, I ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 143 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 554 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1866 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 3939 nəfərdir. Yəni 2018-ci illə müqayisədə bu il imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayı azdır.

Üç nəfər IV ixtisas qrupu üzrə 690-700 arası bal toplayıb. 111 nəfər 680-690 arası bal, 22 nəfər 670-680 arası bal, 26 nəfər 660-670 arası bal, 39 nəfər isə 650-600 arası bal toplayıb.

Ümumilikdə isə IV ixtisas qrupu üzrə 650-dən çox bal toplayan abituriyentlərin sayı 101 nəfər, 600-dən çox bal toplayan abituriyentlərin sayı 378 nəfər, 500-dən çox bal toplayan abituriyentlərin sayı 1083 nəfər, 400-dən çox bal toplayan abituriyentlərin sayı isə 1831 nəfərdir. Bu da 2018-ci illə müqayisədə imtahanlarda yüksək bal toplayan abituriyentlərin sayının az olduğunu göstərir.

 

 

www.yenicag.az

3619