!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş Bakı yəhudisi Ukraynanın şərqində döyüşür

!Reklam – Yazi

107014_res_01İsrail ordusunun keçmiş əsgəri, Bakıda anadan olmuş İna Levitan Ukraynanın şərqində separatçıların tərəfində döyüşür.

Yenicag.az virtualaz.org-a istinadən  xəbər verir ki, bu haqda “Jerusalem Post” yazıb. O, “dinc əhaliyə işgəncə verən və öldürən nasistlərə qarşı” mübarizə apardığını bildirir.

37 yaşlı İna Levitan Təl-Əviv sakinidir. 2014-cü ildə Luqanskda yoxa çıxan dostunu axtarmağa gedib və orada separatçılara qoşulub.

İ.Levitan deyir ki, Ukrayna “millətçilərinin mülki əhaliyə qarşı vəhşilikləri”ni görəndə rusiyameylli separatçıların sıralarına qoşulmağı qərara alıb.

“Mən neonasistlərin əsirliyindən qayıdan adamı öz gözlərimlə görmüşəm. Onun ayaqlarını kəsmişdilər və bədəninə xaç işarəsini damğa basmışdılar. Biz bu cür vəhşiliklərə qarşı mübarizə aparırıq”- Bakı yəhudisi deyib.

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv