!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş Baş nazirdən Netanyahuya etiraz: "Yenidən Baş nazir seçilsə..."

!Reklam – Yazi

Binyamin Netanyahu yenidən İsrailin Baş naziri seçilərsə, ölkədə demokratiya təhlükədə olacaq.

Yenicag.az xəbər verir ki, bunu Təl-Əvivdə keçirilən mitinqdə İsrailin keçmiş Baş naziri Ehud Barak deyib.

O bildirib ki, Netanyahu seçkilərdə qalib gəlməsə, saxtakarlığa yol verildiyini iddia edəcək.

İsrailliləri seçkilərdə səs verməyə çağıran Barak deyib: “Bu seçkilər İsrail demokratiyası üçün böyük önəm kəsb edir. Çərşənbə axşamı keçiriləcək seçkilərdə Netanyahu qalib gələrsə, İsrail demokratiyası təhlükə altında qalar”.

Mitinqə qatılan nümayişçilər isə üzərində Netanyahuya “Cinayətkar nazir”, “Yalançı”, “Korrupsioner baş nazir” kimi sözlər yazılan plakatlarla etiraz ediblər./Virtualaz.orq/

www.yenicag.az

1877
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv