Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Keçmiş deputat canlı yayımda jurnalistə hücum çəkdi - VİDEO

Ukrayna Ali Radasının keçmiş deputatı Eduard Leonov “ЧП.INFO” kanalında yayımlanan verilişdə jurnalist Ruslan Kotsabaya hücum edib.

Yenicag.az xəbər verir ki, insident “Açıq mətn” verilişində yaşanıb. Leonov deyib ki, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin tərəfdarları Ukrayna telekanallarının efirlərində görünməməlidirlər. O, qeyd edib ki, “Ukraynaya qarşı olanlar – düşmən tərəfidir və bütün gücləri ölkənin şərqində gedən müharibədə qələbə qazanmağa yönəltmək lazımdır”.

Kotsabanın, “müharibə yalnız şərqdə getmir, həm də ağıllardadır. Allah özü mühakimə edəcək və müharibə ən aqressiv insanları aparacaq” sözləri Leonovu özündən çıxarıb.

O, “Sən nə danışırsan?” deyə qışqıraraq, jurnalistə hücum çəkib. Qarşı tərəf onu sakitləşməyə çağırıb. Aparıcı da müdaxilə edərək, onları ayırıb.

Verilişdən sonra Kotsaba facebook hesabında:

“Heç bir dava olmayıb. Biz Leonovla sadəcə söhbətləşirdik. Ultraradikallar arasında belə mübahisələr normaldır” , sözlərini yazıb.

www.yenicag.az

1203
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM