Keçmiş deputat Əhməd Həmzəyev güllələndi

Dağıstan Respublikası Xalq Məclisinin keçmiş deputatı Əhməd Həmzəyev öldürülüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumatını siyasətçinin qızı təsdiqləyib. O, atasının artıq dəfn olunduğunu bildirib.

Onun sözlərinə görə, 55 yaşlı eks-deputat avqustun 26-da Moskva vilayətində öldürülüb. Hadisəni törədənlər odlu silahdan istifadə ediblər.