!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş deputat intihar etdi

!Reklam – Yazi

скачанные файлы (2)Martın 10-da Kiyev vilayətində Regionlar Partiyasından V və VI çağırış Ukrayna Ali Radasının deputatı Stanislav Melnik həyatına qəsd edib.

53 yaşlı keçmiş regional ölümündən əvvəl yazdığı məktubunda hamıdan bağışlanmasını istəyib. Stanislav Melnik 6 il müddətində Donetsk pivə zavodunun rəhbəri işləyib, 2005-ci ildən deputata seçilənə qədər Donetskdəki “Lüks” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub.

O 2002-2006-cı illərdə Donetsk şəhər sovetinin də deputatı olub.

Bundan əvvəl, fevralın 28-də Regionlar Partiyasının daha bir keçmiş üzvü, keçmiş xalq deputatı, keçən il yanvarın 16-dakı “diktator qanunları”nın dirijoru hesab olunan Mixail Çiçerin də özünü 17-ci mərtəbədən ataraq intihar edib.

 

www.yenicag.az

492
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv