Keçmiş duet ortağından Səməd Səmədovla bağlı ETİRAF: “Buna görə ayrıldıq”
- Yeni Çağ Media Qrupu
- 17.04.2023 - 12:02
- 388
Müğənni Bəsdi Bəkirova vaxtilə mərhum xalq artsiti Səməd Səmədovla aralarında yaşanan inciklikdən danışıb.
Yenicag.az xəbər verir ki, sənətçi 4 il bərabər duet ortağı kimi fəaliyyət göstərdiyi Səməddən ayrılma səbəbini ilk dəfə olaraq açıqlayıb:
“Heç kimə ölüm arzulamıram. Səmədin də ölüm xəbərini eşidəndə çox pis oldum. Bu xəbərəinanmadım. Heç indi də inanmıram, elə bilirəm sağdır. İnsan nankor olmamalıdır. Mən necə nankor ola bilərəm? Səməd çörək verən insan idi. Düzdür, sezonun tən ortasında biz ayrıldıq. Ayrılmağımızın da səbəbi var idi. O, hesab edirdi ki, onun mənə etdiyi ödəniş normaldır, amma zəhmətimin qarşılığında normal deyildi. Buna görə ayrıldıq. Amma münasibətlərimiz normal idi. Toylarda yenə görüşürdük, salam-kəlam edirdik. Onun digər duet ortaqları kimi aramızda dava-dalaş olmadı.
Belə götürəndə, o, mənimlə kontrakt bağlamamışdı ki, ölənə qədər mən səninlə işləməliyəm. 4 il işlədik, sonra aralandıq. Hər şeyə normal baxan insanam. Nə onun mənə borcu yox idi ki, ömrünün axırına kimi mənimlə duet oxusun, nə də mənim ona. Ona görə də Allah canını sağ eləsin deyib ayrıldıq”.
Müğənni mərhum duetdaşının ona çox yaxşılıqlarının dəydiyini etiraf edib:
“Bizim bir-birimizə yaxşılıqlarımız çox olub. Dayanmadan 4 il bərabər çalışmışıq. Ayın 30 günü biz toyda olmuşuq. Hətta ay 31-dən olurdusa, həmin gün də toyda olurduq”.
Sənətçi bu barədə “Özəl” verilişində danışıb.
Nehru