Keçmiş həyat yoldaşını öldürən kişi saxlanıldı

Bakının Xətai rayonunda qadını qətlə yetirməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı saxlanılıb.

Bu barədə Yenicag.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Belə ki, 1976-cı il təvəllüdlü İlqar Qəribov keçmiş həyat yoldaşı 1983-cü il təvəllüdlü Raminə Qəribovanı çoxsaylı bıçaq xəsarətləri ilə öldürməkdə şübhəli bilinir.