Keçmiş icra başçısı həbs edildi

Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov tutulub.

Yenicag.az demokrat.az-a istinadən xəbər verir ki, icra başçısı bu gün saxlanılıb.

Xatırladaq ki, Q.Səmədov 18 fevral 2011-ci il tarixində Yevlax şəhər İcra Hakmiyyətinin başçısı vəzifəsinə təyin olunmuş, bu ilin oktyabrın 31-də isə vəzifəsindən azad edilmişdi.