Keçmiş iqtisadiyyat naziri qəzaya düşdü

Türkiyənin sabiq iqtisadiyyat naziri Nihat Zeybekçi Muğlada avtomobil qəzası keçirib.

Yenicag.az xəbər verir ki, avtomobildən yüngül xəsarətlərlə çıxan Zeybekçi xəstəxanaya aparılıb.

Xəbərdarlıq əsasında bölgəyə Təcili Tibbi Yardım briqadası göndərilib.

Qeyd edək ki, müalicəsinə başlanılan Zeybekçinin həyati təhlükəsinin olmadığı öyrənilib.

Xatırladaq ki, Nihat Zeybekçi 2016-2018-ci illər arasında Türkiyədə İqtisadiyyat naziri vəzifəsini icra edib.