Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Keçmiş İŞİD üzvlərinin etirafları – 4 ƏSAS SƏBƏB

ishid-300x218İŞİD-dən ayrılan köhnə üzvlərin ən çox şikayət etdikləri məqamlarla bağlı hesabat açıqlanıb.

Beynəlxalq radikallaşma və Siyasi Şiddət Araşdırmaları Mərkəzi (ICSR) öz hesabatında 17 ölkədən İŞİD-ə qoşulan 58 nəfərlə söhbətlərə yer verib.

Görüşlərdən sonra döyüşçülərin təşkilatı tərk etmələrinə səbəblər dörd maddədə ümumiləşdirilib.

Digər müsəlmanlarla didişmələr və silahlı toqquşmalar, “xain-satqın” damğaları ətrafında hücumlar döyüşçülərin İŞİD-dən soyumasının səbəblərindən birincisi olaraq qeyd olunub.

Təşkilatdakı mərhəmətsizlik və sərt cəza tədbirləri, günahsız insanların da öldürülməsi keçmiş İŞİD üzvləri tərəfindən narazılıqla qarşılanan məqamlardandır.

Rəhbərlikdəki şəxslərin və komandirlər tərəfindən korrupsiya, özbaşınalıq, eləcə də gözlənilən “gözəl həyat” xəyallarının puça çxıması İŞİD-dən ayrılan üzvlərin gətirdikləri digər əsas səbəblərdir(azpolitika).

www.yenicag.az

297