Keçmiş krala qadın hormonları köçürülüb – “Hədsiz istək” üçün ƏNGƏL

İspaniyanın keçmiş kralı Xuan Karlosa seksual istəklərinin idarə olunması məqsədilə qadın hormonları köçürülüb.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı şantaj ittihamı əsasında parlament dinləmələrinə dəvət olunan İspaniyanın sabiq polis rəisi açıqlayıb.

Onun sözlərinə görə, sabiq monarxa qadın hormonlarının köçürülməsi haqda qərar Xuan Karlosun hədsiz seksual istəyinin “dövlət əhəmiyyətli problem” kimi təsnif edilməsindən sonra qəbul olunub.

Qeyd edək ki, Xuan Karlos aktiv cinsi həyatı səbəbindən “seksual narkoman” da adlandırılıb.