Keçmiş məcburi köçkünlərin yaşadıqları binalar söküləcək?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev keçmiş məcburi köçkünlərin yaşadığı binaların boyük əksəriyyətinin qəzalı vəziyyətdə olduğunu bildirib. 

Yenicag.az xəbər verir ki, o, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində danışıb.

O qeyd edib ki, keçmiş məcburi köçkünlərin Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir:

“Onlar köçürüldükdən həmin binalara baxış keçiriləcək. Onların yenidən müvafiq təyinat üzrə tikinti nəzərdə tutula bilər”.

COP29