Keçmiş məhbus yoldaşını baltaladı – Bakıda dəhşətli qətl

Bakıda qətl hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 48 yaşlı Ruslan İlyasov gözətçi işlədiyi bağ evində tanışı Sergey Musayevi baş və kürəyindən balta ilə vuraraq qətlə yetirib.

Daha sonra hadisə yerindən qaçıb.

R.İlyasovla S.Musayevin vaxtı ilə birlikdə həbs cəzası çəkdikləri məlum olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi açılıb. /Report