Lənkəran sakinindən heroin götürülüb.
Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Lənkəran şəhər sakini, Rahim Quliyevdən 1 kiloqram 20 qram heroin aşkar olunaraq götürülüb.
Rahim Quliyev əvvəllər də narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.