Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Keçmiş məhkum yanacaqdoldurma məntəqəsində öldü - Salyanda

Salyanda “Hepatit C” xəstəliyindən əziyyət çəkən şəxs küçədə ölüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Ələt-Astara-İran avtomobil yolunda baş verib.

Yolun 63-cü kilometrliyindəki “LukOil” yanacaqdoldurma məntəqəsinə gələn Astara rayon sakini, əvvəllər iki dəfə məhkumluq həyatı yaşayan, “Hepatit C” xəstəliyindən əziyyət çəkən, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Ağakişi oğlu yanacaqdoldurma məntəqəsində qəfil özünü pis hiss edib və huşunu itirib.

Təcili tibbi yardım briqadasının köməyi ilə Salyan rayon Mərkəzi Xəstəxanasına çatdırılan T.Mirzəyev orada dünyasını dəyişib./Trend/

www.yenicag.az

1790