Keçmiş məhkumdan 3,2 kq narkotik götürüldü

Bakıda keçmiş məhkumda narkotik vasitə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Yenicag.az-a verilən əlumata görə, Suraxanı Rayon Polis İdaərsinin 30-cu və 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Məlikovdan çəkisi 3,2 kq-dan artıq marixuana aşkar edilərək götürülüb.