Quldurluq etməkdə şübhəli bilinən paytaxt sakini K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini Z.Novruzov 2019-cu il oktyabrın 9-da A.Manafov küçəsində 2 nəfərin onu bıçaqla hədələyib mobil telefonunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş K.Əhmədov və Qazax rayon sakini İ.Məhəmmədov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanmışdır.
Araşdırma aparılır.