Keçmiş məhkumların daha bir əməli – Velosiped oğurladılar – HƏBS

Bakıda velosiped oğruları yaxalanıb.

Yenicag.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda baş verib.

Rayon sakini Sahib Bilalzadəyə məxsus velosiped naməlum şəxs tərəfindən oğurlanıb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsilə məhkum olunmuş, 1966-cı il təvəllüdlü Mahir Həsənov və əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə məhkum olunan 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb.