İstanbulun keçmiş millət vəkili Gülsərən Topuzun oğlu intihara cəhd edib.
Yenicag.az xəbər verir ki, millət vəkilinin oğlu yaşadığı evdə yaralı halda tapılıb.
Berk Topuzun 37 yaşı var və həkim kimi çalışır. Bəxti gətirən Berk Topuzun açtığı atəş qolundan dəyib.
Silah səsini eşidən qonşular tez polisə zəng edib. Hadisə yerinə təhlükəsizlik qüvvələri cəlb edilib. Berk Topuz xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırma aparılır.