Keçmiş nazir azadlığa buraxıldı

1470465669Həbsdə olan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev azadlığa buraxılıb.

Bu barədə “Report”a onun vəkili Əfqan Məmmədov məlumat verib. O bildirib ki, N.Quliyevin həbs müddəti başa çatıb.

Xatırladaq ki, N.Quliyevi 2013-cü il avqustun 7-də MTN əməkdaşları həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz olaraq odlu silah saxlamada təqsirli bilinib. Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

N.Quliyev əvvəllər 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılsa da, səhhətində yaranmış problemlərlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmüşdü.