Keçmiş nazirin partiyadaşı həbs olundu – CASUS QALMAQALI / VİDEO

Türkiyənin keçmiş İqtisadiyyat naziri, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) sədri Əli Babacanın partiyadaşı həbs edilib.

Yenicag.az TRT-yə istinadən xəbər verir ki, DEVA partiyasının qurucularından olan Mətin Gürcan hərbi və siyasi casusluq ittihamı ilə həbs edilib.

Qeyd edək ki, Gürcanla bağlı Ankara Cümhuriyyət Baş Prokurorluğunda araşdırma başladılmışdı.