Azərbaycan prezidenti tərəfindən əfv olunan keçmiş “NİDA”-çı Yeni Azərbaycan Partiyasına (YAP) üzv olub.
YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev açıqlamasında bildirib ki, keçmiş “NİDA”-çı Elsəvər Mürsəlli ərizə ilə partiyanın Xaçmaz rayon şöbəsinə müraciət edib.
H. Paşayev qeyd edib ki, ərizəsi əsasında partiya sıralarına qəbul edilib.