Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Keçmiş polis əməkdaşı buz bağlamış eyvandan yıxıldı

Bakıda keçmiş polis əməkdaşı eyvandan sürüşərək yıxılıb.

Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Tural Qasımov sərxoş vəziyyətdə eyvana çıxıb. Eyvanın döşəməsini buz bağladığından, o, sürüşüb və binanın ikinci mərtəbəsindən yerə yıxılıb. T.Qasımov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, T.Qasımov əvvəllər Sabunçu Rayon Polis İdarəsində polis serjantı vəzifəsində çalışıb.

Yenicag.az

www.yenicag.az

412