Keçmiş polis rəisini avtomobil vuraraq öldürdü

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə dənizkənarı bulvar ərazisində qeydə alınıb.

“Chevrolet Camaro” markalı avtomobilin sürücüsü piyada Çingiz Alxasovu vurub.

Nəticədə o hadisə yerində vəfat edib.

Qeyd edək ki, Ç.Alxasov Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Faktla bağlı araşdırma aparılır./Oxu.az/