Komor adalarında məhkəmə vətəndaşlığı olmayan şəxslərə pasport satmaqda günahlandırılan keçmiş prezident Əhməd Abdulla Sambini vətənə xəyanətdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edib.
Yenicag.az xəbər verir ki, Komor adalarının prokurorları dövlətə xəyanətdə təqsirli bilinərək qiyabi mühakimə olunan eks-prezident Sambiyə ömürlük həbs cəzası istəyib.
Hazırkı prezident Azali Assoumani-nin qatı əleyhdarı olan 64 yaşlı Sambi Komor pasportlarının vətəndaşlığı olmayan şəxslərə satılması ilə bağlı ittiham edilib.
2006-2011-ci illərdə Hind okeanının kiçik ölkəsini idarə edən Sambi 2008-ci ildə pasportların baha qiymətə satılmasına icazə verən qanun qəbul edib.
Bu sxem, vətəndaşlıq ala bilməyən on minlərlə ərəb azlığı olan qondarma bədəvilərə qarşı yönəlmişdi.
Sabiq prezident bu sxemlə milyonlarla dolları mənimsəməkdə ittiham olunur./Unikal/