Keçmiş prezidentin oğlu saxlanıldı – Qızı kölə kimi işlədib

Qvineyanın sabiq prezidentinin oğlu ABŞ-ın Texas ştatında saxlanılıb.

Yenicag.az söhbət Qvineyanın ilk prezidenti Ahmed Seku Turenin oğlu Məhəmməd Turedən gedir. 57 yaşlı M.Ture öz həyat yoldaşı ilə birgə 16 il bir xanımı evində kölə kimi işlədib.

İstintaq zamanı məlum olub ki, həmin qız ABŞ-a 2000-ci ildə Qvineyadan gətirilib. Həmin vaxt onun cəmi 5 yaşı olub. Elə uşaq yaşlarından Ture ailəsi onu ev işlərini görməyə məcbur edib. Adı açıqlanmayan həmin qız ailəyə psixoloji təzyiq altında yardım göstərirmiş. O, məkbətə getməyib, ingilis dilində bilmir, quru yerdə yatırmış. Qız yalnız 2016-cı ildə sözügedən ailənin qonşularının köməyi ilə evdən qaçıb.

M.Ture və xanımı isə ittihamları qəbul etməyib. Onlar bildiriblər ki, qız ailə üzvü hesab olunurmuş və öz qızları kimi böyüdüblər.

Buna görə sabiq prezidentin oğlu ilə gəlinini 20 il həbs cəzası gözləyir.

COP29