Keçmiş XİN rəhbəri Paşinyanı mübarizəyə səslədi

“Baş nazir Nikol Paşinyan Qarabağ uğrunda yenidən mübarizə aparmalıdır”.

Yenicag.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın sabiq XİN rəhbəri Vardan Oskanyan deyib.

O bildirib ki, İrəvan yalnız rəsmi Parisin dəstəyi ilə bunu edə bilər:

“Fransa yeganə ölkədir ki, Azərbaycanla mübarizəni davam etdirir. Erməni xalqı bu məsələdə passivləşsə, bizim yerimizə “Artsax” uğrunda heç kim mübarizə aparmayacaq”.