Kədərlənəndə sizi gülümsədəcək filmlər – SİYAHI

Əhval-ruhiyyəniz aşağıdır, canınız sıxılır, problemlərinizi ağlınızdan çıxara bilmirsiniz? Bir filmə baxın və problemlərdən uzaqlaşın.

“Hansı filmə baxmalıyam?” deyirsinizsə, üzünüzü güldürəcək filmlərin siyahısını təqdim edirik:

“Little Miss Sunshine” – Balaca gün işığım

2007-ci ildə çəkilmiş film ən yaxşı film daxil olmaqla 4 kateqoriyada Oskara namizəd olub. Ən yaxşı orijinal ssenari və ən yaxşı ikinci dərəcəli aktyor mükafatını qazanıb. Filmi seyr edərkən həm güləcəksiniz, həm də ürəyiniz isinəcək.

“Big fish” – Böyük balıq

2003-cü il fantastik dram filmi sizi rəngarəng səhnələrlə güldürəcək, sevgi hekayəsi və möhtəşəm mesajları ilə uzun müddət düşünməyə məcbur edəcəkdir.

“Intouchables” – Can dostum

Bu filmdə çox güləcəksiniz, amma bir o qədər də çox ağlayacaqsınız. Xəstə baxıcısından can dostuna çevrilənlərin incə hekayəsində hər kəs üçün bir dərs var.

“Silver Linings Playbook” – Ümid işığım

Bu filmdə Bradley Kuper və Cennifer Lourensi yan-yana görməkdən çox həzz alacaqsınız. İnsanlara ümid verən və istədiyiniz zaman əldə edə bilməyəcəyiniz heç bir şeyin olmadığını söyləyən filmi izləməmisinizsə, çox şey itirmisiniz.

“Independence Day” – Müstəqillik Günü

Dünyanın yadplanetlilər tərəfindən işğalını təsvir edən film fantastika həvəskarları üçün idealdır.

“The Mask” – Maska

Jim Kareyin pərəstişkarları bu film seriyasını izlədiyinə əminik. İndi seyr etməyənlər üçün! Film həqiqətən üzüldüyünüz zaman özünüzü yaxşı hiss etməyə kömək edəcək.

“Amelie”

Başqalarının xoşbəxtliyi uğrunda mübarizə apararkən, yalnızlığını dərk edən bir qadının hekayəsi…

COP29