Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Kəlbəcər istiqamətində mövqelərimiz minaatanlardan atəşə tutulub.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 14-ü saat 20:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini 60 mm minaatanlardan atəşə tutub.